Haqqımızda

Şirkət haqqında

« SAFAVI GROUP » şirkəti artıq 10 ildən artıqdır ki, taxta məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Məhsullarımız əsasən Rusiya və Belarusiyadan idxal olunur. Bakıxanov qəsəbəsində yerləşən müasir obyektimizdə, italyan texnologiyasından istifadə edərək, taxta materiallarını qaz sistemi ilə quruduruq. Bu metod sayəsində taxta məhsullarını 10-12% nəmliyə qədər effektiv şəkildə qurutma imkanı əldə edirik.


İstehsal etdiyimiz məhsullar mebel fabrikləri, qapı sexləri və digər korporativ müştərilərimizə zəmanətlə verilir. Eyni zamanda, topdan və pərakəndə yaş taxtaların satışını da həyata keçiririk.


Biz müştərilərimizin ehtiyaclarını anlayaraq, keyfiyyətli məhsul və xidmət təqdim etməyə davam edirik. Şirkətimizlə əlaqə saxlayaraq daha ətraflı məlumat ala bilərsiniz.

« SAFAVI GROUP » şirkətinin tanıtım çarxını izlə